Prezident Savalan yaşayış massivində  orta məktəbin açılış mərasimində iştirak edib
    • 14-09-2018, 11:16
    • 1 712

Prezident Savalan yaşayış massivində orta məktəbin açılış mərasimində iştirak edib

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşüb.