"Dədə Qorqud"un Turalı- Yerli Alen Delonumuz illər sonra - VİDEO
    • 14-09-2018, 14:47
    • 1 244

"Dədə Qorqud"un Turalı- Yerli Alen Delonumuz illər sonra - VİDEO

"Dədə Qorqud" filmindəki Tural obrazını xatırlamayan tapılmaz. Həmin rolun ifaçısı Fərhad Yusifov 1956-cı ildə Moskvada dünyaya gəlib. Bakıda böyümüş Fərhad Yusifov hazırda Kanadanın Kvebek əyalətində, Monreal şəhərində yaşayır və Mark Jozef adını qəbul edib.

Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinematoqrafiya institutunun "bədii filmin rejissorluğu" bölməsini bitirib. Bir sıra ekran əsərlərində - "Nizami", "Dədə Qorqud", habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.

Onun xüsusilə "Tacikfilm"in istehsalı olan "Siyavuş haqqında dastan" filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib.
Kanadada tammetrajlı "Aldanış" (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. "RTVC" Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb.

Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan, Peruda çəkilmiş birinci film "Salado" 2015-ci ildə "Avropaya pəncərə" Rusiya kinosu festivalı müsabiqəsində yüksək mükafata layiq görülüb.

- Bülbül adına Musiqi Məktəbində birinci sinifdən Fərhadla birlikdə oxumuşuq. Daha sonra mən İncəsənət İnstitutuna daxil oldum. Fərhad isə Moskvada təhsilini davam etdirdi. Fərhadın cavan vaxtlarından kinoya marağı çox idi. Ona görə də karyerasını kino istiqamətində davam etdirdi.
"Dədə Qorqud" filminə çəkilməsi Fərhad üçün böyük bir uğur idi. Onun canlandırdığı Tural obrazı tamaşaçılar tərəfindən sevildi. Fərhad gəncliyində də çox yaraşıqlı idi. Hamı onun simasını bəyənirdi. Hələ o vaxtlar Fərhadı Avropa aktyorları ilə müqayisə edirdilər. Ona "Bakinski Alen Delon" deyirdilər.

 Fərhad heç dəyişməyib. Bircə uzun saçı indi yoxdur, qırxdırıb. Başının arxasında isə bir topa uzun saç saxlayıb. Deyir, qoy, baxanlar bilsinlər ki, nə vaxtsa mənim də uzun saçım olub.
Fərhad bütün pulunu həmin filmlərə xərcləyir. Maddi problemləri var. Azərbaycana gəlmək üçün müəyyən qədər vəsait lazımdır. 
Nəhayət, 25 ildən artıqdır ki, Azərbaycandan gedən, amma kinolarda oynadığı obrazlarla milyonlarla

"Bakı üçün çox darıxıram. Eşitmişəm, Bakı çox dəyişib, gözəlləşib. Xəzər dənizini, Azərbaycanı görmək istəyirəm. Həmişə gənclik illərimiz, Bakı küçələri gözümün önünə gəlir. İnternetdə tez-tez Bakının şəkillərinə, videolarına baxıram. Azərbaycan çox gözəlləşib. Çəkildiyim kinolar heç yadımdan çıxmır. Azərbaycanın uğurlarını eşidəndə sevinirəm. Sağ olsun bəzi dostlarım da, məni unutmayıblar.
Buraya gələn ilk günlərdə heç kəs mənə "Fərhad" deyə bilmirdi. Nə qədər öyrətsəm də, bu sözü tələffüz edə bilmirdilər. Ona görə də fikirləşdim ki, Fərhadı "Mark"la əvəz edim. İndi hamı məni Mark Jozef kimi tanıyır.
Artıq illərdir ki, Kanadada yaşayıram. Buradakı həyat tərzinə öyrəşmişəm. Burada insanlar yalnız öz işlərilə maraqlanırlar. Hamı istirahət etmək üçün səbirsizliklə uikendləri gözləyir. Siyasətlə maraqlanmırlar.
Mən də çalışıram. Kinolar çəkirik. Peruda film çəkmişəm. Bir neçə dəfə mükafata layiq görülmüşük. Filmin təqdimatına hazırlaşıram. Çox istəyərəm ki, Azərbaycanla bağlı da film çəkim. Məni sevənlərə, unutmayanlara salam deyirəm",- deyə  o bildirib.