VI çağırış Milli Məclisin ilk plenar İCLASI BAŞLADI- YENİLƏNDİ - 3
    • 10-03-2020, 11:48
    • 1 070

VI çağırış Milli Məclisin ilk plenar İCLASI BAŞLADI- YENİLƏNDİ - 3

İclasda daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

News24.az zxəbər verir ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyir.

11.03
News24.az-ın xəbərinə görə, Prezident İlham Əliyev iclasda iştirak edir.

*** 10:00

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

News24.az-ın məlumatına görə, Vİ çağırış ilk plenar iclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.
İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.
Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

***

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

News24.az-ın xəbərinə görə, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.