“Saxla” əmrinə tabe olmayan sürücü yol polisini vurdu
    • 15-09-2018, 14:08
    • 1 247

“Saxla” əmrinə tabe olmayan sürücü yol polisini vurdu

Şabranda “saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.

Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova “saxla” əmri verib.

M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

//Report.az