Prezident İlham Əliyev DTX-nın N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimində iştirak edib

Prezident İlham Əliyev DTX-nın N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimində iştirak edib
SİYASƏT

16 sentyabr 2018, 12:00

Mətn ölçüsü

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət QuliyevPrezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.
Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə edib.
Prezident İlham Əliyev şəxsi heyəti salamlayıb.
Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.
Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səslənib.
Daha sonra gənc əsgərlər and içiblər.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.
Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək deyib: "Əziz əsgərlər, sizi hərbi and içməyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram".
Hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın qarşısından keçib.
Gənc əsgərlərin andiçmə mərasimində iştirak edən valideynlər Prezident İlham Əliyevlə görüşüb söhbət ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.