Yaponiyada leysan yağışları qurbanlarının sayı 89 nəfərə çatdı

Yaponiyada leysan yağışları qurbanlarının sayı 89 nəfərə çatdı
SİYASƏT

09 iyul 2018, 10:00

Mətn ölçüsü

Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 89 nəfərə çatıb, 58 nəfər itkin düşmüş hesab edilir.
 
 “Kyodo” agentliyinin verdiyi xəbərə görə, iyulun 9-da xilasedici dəstələr Yaponiya özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış-xilasetmə əməliyyatlarını davam etdiriblər.
 
Ölkənin  19 prefekturasında yaşayan 5 milyona yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Artıq 30 min nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdirilib.
 
Təbii fəlakət nəticəsində nəqliyyatın fəaliyyətində fasilələr yaranıb. Daşqınlarla əlaqədar bir çox sənaye müəssisələri qeyri-müəyyən müddətədək bağlanıb.
 
Qeyd edək ki, Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib.

//APA