Azərbaycan Müdafiə Nazirliyi: Erməni ordusu 5 hərbçi itirib

Azərbaycan Müdafiə Nazirliyi: Erməni ordusu 5 hərbçi itirib
SİYASƏT

17 sentyabr 2018, 14:45

Mətn ölçüsü

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

 Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:
"Bu, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".

Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:

"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır". 

//Trend