Azərbaycan-Gürcüstan sərhədinin bağlanması müddəti artırıldı -Rəsmi
    • 23-03-2020, 21:47
    • 806

Azərbaycan-Gürcüstan sərhədinin bağlanması müddəti artırıldı -Rəsmi

Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.