Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ

Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ
SİYASƏT

26 mart 2020, 13:00

Mətn ölçüsü

Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarından xahiş olunacaq ki, onlar Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi xüsusi karantin rejiminə riayət etsinlər”.

Bu barədə  Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu yaşı 65-i keçən deputatların parlamentin iclasına qatılıb-qatılmayacağı barədə sualı cavablandırarkən deyib.

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlamentin 27 deputatının yaşı 65-dən yuxarıdır.

Martın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub. /Oxu.Az/