"Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər" Əli Əhmədov
    • 27-03-2020, 18:05
    • 474

"Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər" Əli Əhmədov

Baş nazirin müavini, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində “Epidemiya üzərində siyasət quranlar” sərlövhəli məqalə paylaşım etmişdir. Mövzunun aktuallığını nəzərə alaraq onu oxucularmızın diqqətinə çatdırırıq:

- Dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bir sıra ölkələr böyük fəlakətlə üzləşdiyini etiraf etmək zorundadır, digərləri isə onu müharıbə ilə müqayisə edir. Hökumətlərin iş qrafiki, cəmiyyətin həyat tərzi kökündən dəyişib. Bütün güclər epidemiyanın yayılmasının qarşısının alınmasına səfərbər edilib. Hər yerdə həmrəylik çağırışları ön plana keçib, hamı ümumi bəlaya qarşı birləşib. Başqa cür ola bilməz və olmamalıdır. Söhbət insanların sağlamlığından, əslində isə milli təhlükəsizlikdən gedir. Siyasi maraqlar və təbliğat aktuallığını, əslində isə mənasını itirib. BMT Baş katibi hətta tərəfləri hərbi münaqişələrin dayandırılmasına çağırıb. İndiki dövrdə siyasi maraqlar güdülməsinin, siyasi dividentlər qazanmağa cəhd göstərilməsinin yeri deyil. Ancaq etiraf edim ki, bu çox zəif ifadə oldu. Əslində, pandemiya üzündən daha böyük fəlakət yaşamamaq naminə dövlətin, hökumətin, cəmiyyətin hər bir üzvünün birləşməsinin həyati vacib vəzifə sayıldığı bir zamanda siyasi maraqlar güdülməsi bağışlanmaz günah, bəlkə də cinayət olardı. Elə bu səbəbdən də bütün ölkələrdə siyasi iddialar və planlar kənara qoyulub, onları milli birlik, həmrəylik, bir-birinə kömək olmaq kimi dəyərlər əvəzləyib. Pandemiya başlayana qədər dünyanın aparıcı xəbər agentlikləri və TV kanallarılnda adət etdiyimiz siyasi xəbərlərə artıq rast gəlmək mümkün deyil. Tərəzinin gözündə insanların taleyi kimi ən yüksək dəyər var.

Belə bir şəraitdə kiminsə, hansısa siyasətçinin və ya partiyanın siyasi divident qzanmaq xəyalına düşməsini təsəvvürə gətirilə bilinməyəcək dərəcədə qeyri-realdır. etmək belə mümkün deyil. Ayrı-ayrı ölkələrdə seçkilərin, referendumların keçirilməsi təxirə salındığı halda hansı siyası mübarizədən söhbət gedə bilər?

Nə qədər qəribə, inanılmaz olsa da bir istisna var. Azərbaycanın radikal müxalifəti bütün mənəvi dəyərləri, insani keyfiyyətləri ayaqları altına alaraq pandemiyanın yaratdığı məlum şəraitdən özünün siyasi təbliğatı baxımından istifadə etmək kimi rəzalətə əl atmaqdan belə çəkinmirlər. Hətta indi onlar daha da fəallaşıblar, aranı qarışdırmaq ümidi ilə bütün güclərini səfərbər edirlər. İş o yrə çatıb ki, antiazərbaycan təbliğatına daha çox insan qoşmaq naminə 500 avro məbləğində mükafat da təsis ediblər. Pul isə, həmişə olduğu kimi, Azərbaycana düşmən olan və ölkəmizə qarşı təxribatları maliyyələşdirən dairələr tərəfindən ödənəcək. Təsəvvür edirsinizmi,  bütün xalq, hər bir vətəndaş “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanı daxilində vəsait köçürdüyü halda, xaricdə xüsusi xidmət orqanlarının çətiri altına sığınıb antiazərbaycan təbliğatı aparan radikal müxalifətçilər ölkəmizə qarşı təbliğat aparanların sıralarını genişləndirmək üçün ciddi məbləğdə mükafat təsis edir. Bu insanlar daha nə etməlidirlər ki, onlar Azərbaycanın düşməni, vətən xaini adlandırılsınlar.?!

Biz əvvəllər radikalçıların hərəkət və davranışlarında antiazərbaycan meyllərinin üstünlük təşkil etdiyini deyəndə, bəlkə sadə vətəndaşlardan kimlərsə bu dəyərləndirməni qəbul etməkdə tərəddüd göstərirdi. Doğrusunu desəm, belə vətəndaşların çox olduğuna heç vaxt inanmamışam. Ancaq indi, dövlət, hökumət və bütünlükdə cəmiyyət insanların sağlamlığı naminə bütün səylərini birləşdirdiyi məqamda xəyanətkarcasına antiazərbaycan təbliğatı aparanların hərəkətlərinin birmənalı olaraq ümumxalq nifrəti yaratdığına heç bir şübhəm yoxdur. Artıq onların bütün maskaları yırtılıb, əsl antiazərbaycan sifətləri bütün çılpaqlığı və eybəcərliyi ilə görünməyə başlayıb. Belə olmasaydı  hər bir azərbaycanlının sağlamlığı naminə sözün həqiqi mənasında mübarizə apardığı, hökumətin bütün səylərini bu  vacib və hayati əhəmiyyət kəsb edən vəzifənin yerinə yetrməsinə səfərbər edildiyi anlarda şayiə, yalan, iftiralarla insanlarda təşviş yartmağa, dövlətə inamsızlıq təbliğ etməyə çalışmaz, açıq-aşkar təxribat xarakterli çağırışlar etməzdilər.

Radikal müxalifət nümayəndələrinin ölkədə koronavirus epidemiyasının qarşısının alınması üçün xüsusi rejimin mövcud olduğu həssas məqamda xəyanətkarcasına maraqlı xarıcı dairələrin təhriki ilə antiazərbaycan təbliğatının daha da azğınlaşmasından sonra bundan əvvəlki yazımda qeyd etdiyim fikrləri təkrar etmək istəyirəm: Həqiqətən də radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər. Bu səbəbdən cəmiyyətin koronavirus epidemiyası ilə yanaşı radikal müxalifət virusuna qarşı birləşməsi və qəti mübarızə aparması həyati əhəmiyyət kəsb etməyə başlayıb.