"Gələcək iclasları onlayn qaydada keçirməyi planlaşdırırıq” - SPİKER

"Gələcək iclasları onlayn qaydada keçirməyi planlaşdırırıq” - SPİKER
SİYASƏT

30 mart 2020, 11:17

Mətn ölçüsü

“Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin gördüyü işlər nəticəsində bu infeksiya ilə balı ölkəmizdə qabaqlayıcı işlər həyata keçirilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, Milli Məclis koronovirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir:
“Biz Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşırırıq”. /Report/