Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu - FOTO

Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu - FOTO
SİYASƏT

20 sentyabr 2018, 10:09

Mətn ölçüsü

Azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisə İstanbulda - İsmayılovun Floryadakı ofisində baş verib.

G.Dəmirov və E.İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə, Gözəlov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub. 

Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

//Oxu.az