Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb

Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb
SİYASƏT

03 aprel 2020, 13:04

Mətn ölçüsü

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin müqavilə əsasında xidmət edən hərbçisi naməlum şəraitdə odlu silah yarasından ölüb.

News24.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbut Xidməti yayıb.

Bildirilib ki, 2000-ci ildə anadan olan Qaregin Babakexyan aprelin 3-də gecə saatlarında odlu silahdan açılan atəş nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır. /report/