Prezident Ramil Usubovu təltif etdi

Prezident Ramil Usubovu təltif etdi
SİYASƏT

20 sentyabr 2018, 12:30

Mətn ölçüsü

Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. 

News24.az xəbər verir ki, sentyabrın 19-da möhtərəm cənab Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.