Əfvə düşənlərdən 2 nəfəri ömürlük məhkumlardır
    • 7-04-2020, 10:52
    • 1 336

Əfvə düşənlərdən 2 nəfəri ömürlük məhkumlardır

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 2 nəfər ömürlük məhkuma da şamil edilib.

Bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.
O deyib ki, həmin şəxslərdən biri 20 il, digəri isə 25 il cəza çəkib.
Ə.Nuriyev qeyd edib ki, bundan başqa, 2 nəfər də Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb:
"25 nəfər isə nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunan şəxslərdir". /Report/