Azərbaycanda yeni medal TƏSİS EDİLİR
    • 9-04-2020, 13:58
    • 899

Azərbaycanda yeni medal TƏSİS EDİLİR

Azərbaycanda yeni medal təsis edilir.

News24.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.