Fransa səfiri Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ
    • 16-04-2020, 20:00
    • 894

Fransa səfiri Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

News24.az-ın məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Azərbaycan Respublikasının Prezidenti.
Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib.
Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi.

Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makronun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".