Milli Məclisdən sektor müdiri vəzifəsinə təyinatla  bağlı AÇIQLAMA
    • 21-04-2020, 20:18
    • 591

Milli Məclisdən sektor müdiri vəzifəsinə təyinatla bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.

Milli Məclisin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 2017-ci il fevralın 13-dən Parlament Aparatının adıçəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.

“KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq”, - deyə məlumatda qeyd edilir.