10 il cinsi əlaqədə olmayan kişinin döşündən süd gəldi
    • 25-09-2018, 11:52
    • 5 653

10 il cinsi əlaqədə olmayan kişinin döşündən süd gəldi

Kenyanın paytaxtı Nairobi-də yaşayan Rahib Francis Gachiekinin beynindəki hormon vəzlərinə yaxın bir nöqtədə şiş aşkarlanıb.


News24.az xəbər verir ki, bəd xassəli olmadığı söylənənən şişin təsiri bir xeyli pis olub. Belə ki, xərçəngə çevrilməyən bu törəmə rahibin hormonal balansını pozub. Həkim həmin şəxsə “Prolaktinoma” diaqnozu qoyub.

Bu xəstəlikdən əziyyət çəkən kişilərdə testesteron hormonunun azalmasına bağlı olaraq  cinsi istəksizlik olur ki, çünki bəlli bir səvviyyədə prolaktin hormonunun yüksəlməsi cinsi hormonları aşağı salmaqdadır. Əlavə olaraq tüklərdə tökülmənin olmağı, döş vəzlərindən süd  gəlməsi, sümük  əzələ kütləsində azalma  kimi hallar da özünü göstərir.

52 yaşlı rahib bu hormonal disbalans səbəbi ilə əvvəl möhkəm arıqlayıb, daha sonra piylənməyə başlayıb. 10 ildən artıq  bir müddətdə cinsi istəksizlik səbəbi ilə heç bir intim əlaqədə olmayan rahibin döşlərindən süd gəlməyə başlayıb.

Aysel