60 yaşda 40 yaşdakı kimi görünmək istəyirsiniz? -Bu qidalardan istifadə edin
    • 26-09-2018, 11:50
    • 1 715

60 yaşda 40 yaşdakı kimi görünmək istəyirsiniz? -Bu qidalardan istifadə edin

Amerikalı alim, dermotoloq Nikolos Perrikone sübut edib ki, insanın genlərini dəyişmək mümkün olmasa da,qocalmasının qarşısını qidalanma vasitəsi ilə almaq  mümkündür. Alimin iddiasına görə, indi sadalayacağımız ərzaq məhsulları insan orqanizmində hüceyrələrin qocalmasını ləngidir.

Beləliklə, news24.az gənc və təravətli qalmaq üçün gənclik iksiri olan ərzaqların siyahısını təqdim edir.


Qara şokolad- Tərkibində maksimal dərəcədə kakao olan qara şokolad prosianidin 62 adlı antioksidantla zəngindir ki, o da orqanizmi müxtəlif infeksiyalardan qoruyur.
Dərisini qocalana qədər təravətli saxlamaq istəyən qadınlar tez-tez kakaodan istifadə etməlidirlər.


Qızıl balıq- tərkibindəki omeqa3 və antioksidantlar, zülallar toxumaların gənc qalması üçün vacibdir. Bu 3 element gəncləşdirici effektə malikdir.


Darçın-Perrikonenin iddiasına görə bu ədviyyat hüceyrədə melanomun yaranması riskini azaldır, immun sistemini dəstəkləyir və gəncliyin qorunmasında mühüm rol oynayır.



Göbələk- ən yaxşı və faydalı antioksidantlarla zəngindir. O böyrək və sidik yollarının işini qaydaya salır. Göbələklərin əksər növləri D vitamini ilə zəngindir ki, bu da orqanizm üçün çox faydalıdır.


Sürvə toxumu - Sürvəni çoxları şalfey adı ilə tanıyırlar. Perrikone bu bitkinin özünü deyil, toxumlarını istifadə etməyi məsləhət görür. Bu toxumlar omeqa-3 yağları, E vitamini və kalsiumla ilə zəngindir ki,sümük toxumalarının və hüceyrələrin qocalmasının qarşısnı almağa faydalıdır.


Yaşıl çay- Perrikonenin araşdırmaları təsdiq edib ki, yaşıl çayın istifadəsi orqanizmdə yağın yandırılmasına 15-20 faiz kömək edir. O hüceyrələrin  xərçəngdən qorunmasına kömək edir, beyinin işi sürətləndirir, dərini hamarlaşdırır.


Qırmızı şərab- Yeganə alkoqollu içkidir ki, müntəzəm içilməsi tövsiyyə olunur. Onun tərkibindəki resveratrol aktiv ferment olub orqanzimdə yağların toplanmasınınq arşısnı alır. O yağ hüceyrələrinin reseptorlarını blok edir .Resveratrol  xərçəng və ürək damar xəstəliklərinin  müalicəsi üçün faydalıdır.


Zəncəfil- Piylənmə ilə mübarizədə əsas açarlardan biridir. Zəncəfilin tərkibindəki efir yağları həzmi sürətləndirir, bunun sayəsində orqanzim enerji sərf edir. Zəncəfil dərini gözəlləşdirir. Gündə 2 qram zəncəfil qanda şəkərin 20 faiz azalmasına və diabet xəstəliyi ilə mübarizəyə kömək edir.


Qreypfrut-Bu meyvənin faydası şübhəsizdir.Bu meyvənin tərkibindəki zəngin C vitamini qanda insulinin miqdarını tənzimləməyə kömək edir.

İlhamə