Yeni "iPhone"ların Azərbaycanda satış qiymətləri
    • 26-09-2018, 13:10
    • 1 435

Yeni "iPhone"ların Azərbaycanda satış qiymətləri

"Apple" şirkətinin istehsal etdiyi yeni "iPhone" modellərinin Azərbaycanda satışına başlanılıb. 

Sentyabrın 17-də təqdim edilən yeni "iPhone Xs" və "iPhone X Max" modellərinin qiyməti də məlum olub. 

Yeni "iPhone"ların qiyməti 2799 manatdan başlayır. Ən bahalı modelin (iPhone XS Max) qiyməti isə 3599 AZN-dir. 256 GB yaddaşa sahib telefon hazırda bazara çıxarılan telefonlar arasında ən yüksək funksiyalı cihazdır.

Yeni "iPhone"nun 512 GB yaddaşlı modellərinin isə qiyməti hələlik açıqlanmır.