Putin sabah Bakıya gəlir

Putin sabah Bakıya gəlir
SİYASƏT

26 sentyabr 2018, 16:31

Mətn ölçüsü

Rusiya prezidenti Vladimir Putin sabah Azərbaycanda səfərdə olacaq.  Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat verib.

Putin Bakıda keçiriləcək Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək.

Putin eyni zamanda cüdo üzrə Dünya Çempionatı çərçivəsində bəzi yarışları izləyəcək.