Bu şəhərdə küçədə oturanlar cərimələnəcək - 500 avro
    • 27-09-2018, 20:30
    • 709

Bu şəhərdə küçədə oturanlar cərimələnəcək - 500 avro

İtaliyanın Venesiya şəəhərində küçədə oturmaq qadağan edilir.

Venesiya bələdiyyə sədri Luiqi Bruqnaro şəhərin dar küçələrində yerdə oturan turistlərin sıxlıq yaratdığı ilə bağlı şikayətlərin artdığını deyib.

Luiqi Bruqnaronun küçədə oturmağın qadağan edilməsilə bağlı təklifi oktyabr ayında şəhərin bələdiyyə məclisində səsverməyə çıxarılacaq. Qərar qəbul edilərsə, müəyyən ərazilərdən başqa yerdə oturan şəxslər 500 avro məbləğində cərimlənəcək.