Sement kisələrindən gəlinlik tikdi - VİDEO

Sement kisələrindən gəlinlik tikdi - VİDEO
SİYASƏT

27 sentyabr 2018, 14:53

Mətn ölçüsü

Çinin Qansu vilayətində yaşayan 28 yaşlı Tan Lili sosial şəbəkələrin yeni ulduzudur. Səbəb isə onun 40 sement kisəsindən gəlinlik tikərək geyinməsidir.
Tan Lili və Yan Minfey evlərini təmir edirdilər. Təmirdə istifadə olunmuş sementin kisələri isə həyətin bir kənarına atılmışdı.
"Yağış yağırdı o gün. Yağışlı havada isə tarlada işləmək olmur. Evdə oturmuşdum, gözüm sement kisələrinə sataşdı. O kisələrdən paltar tikməyə qərar verdim. Sonra geyindim, ərim də videonu çəkib paylaşdı. Video sosial şəbəkələrdə populyar oldu", - Tan deyib.
Lunnan şəhərinin yaxınlığındakı kənddə yaşayan Tanın sözlərinə görə, dizayn və ya dərziliklə bağlı təhsili, bilikləri çoxdur. Kənddəki bütün qızlar kimi o da paltar tikməyi anasından öyrənib.
Orta məktəbi başa vurandan sonra fermer təsərrüfatında işləməyə başlamış Tan 2012-ci ildə Yan Minfeylə ailə qurub. Onların bir oğulları var.
Tan alaq otlarından, köhnə qəzetlərdən və çiçəklərdən də paltarlar tikib.

//Milli.az

NEWS