USD 1.7
EUR 1.9289
TRY 0.2519
RUB 0.0246
  • Bakı 23°C
  • ŞUŞA 21°C
  • GƏNCƏ 32°C
  • LƏNKƏRAN 28°C
  • ŞƏKİ 31°C
  • QUBA 20°C
  • NAXÇIVAN 32°C

İki azərbaycanlı İrəvanda video-çəkiliş aparıb - VİDEO

SİYASƏT

Mətn ölçüsü

Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvan şəhərindən yeni çəkdiyi video-görüntü yayılıb.

Kimliyi məlum olmayan həmin şəxslər paytaxtın mərkəzində video-çəkiliş aparıblar. Çəkilişdə iki nəfərin Azərbaycan və rus dillərində danışıqları aydın eşidilir.

Çəkilişi aparan şəxslərdən biri rus dilində bunları söyləyir: “Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.

Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.

Video

Xəbəri paylaş: