USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 28°C
  • ŞUŞA 23°C
  • GƏNCƏ 33°C
  • LƏNKƏRAN 33°C
  • ŞƏKİ 32°C
  • QUBA 25°C
  • NAXÇIVAN 29°C

Ermənilər yeni qarayaxma kampaniyasına BAŞLADI

SİYASƏT

Mətn ölçüsü

Amerikanın Erməni Milli Komitəsi (ANCA) İsrailin Azərbaycandakı səfiri Corc Dikə qarşı qarayaxma kampaniyasına başlayıb.

News24.az” xəbər verir ki, komitənin “Twitter” səhifəsində səfirlə bağlı təxribat xarakterli məlumatlar yayılıb.

Komitə üzvləri, ABŞ-dakı erməni lobbisinin fəalları və onları dəstəkləyənlər isə paylaşımın altında C.Diki təhqir edən şərhlər yazırlar. 

Ermənilərin qarayaxma kampaniyasına başlamasına C.Dikin “Twitter”də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ümumən Azərbaycan haqqında xoş sözlərdən ibarət status yazması səbəb olub. İsrailli diplomat yazıb: “Mənim dostum səfir Elin Süleymanov İsrail-Azərbaycan arasındakı yaxın münasibətlərə görə ən xoş sözlərə layiqdir. Onun bizim dostluğumuza olan sarsılmaz inamı ürəkaçandır. Bizim dostluğumuz tolerantlıq və nifrətlə antisemitizmin qəbuledilməzliyinə söykənir. Təəccüblü deyil ki, israillilər Azərbaycana səfər etməyi sevir”./ Report

Xəbəri paylaş: