Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK
    • 24-05-2020, 00:03
    • 1 097

Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

News24.az xəbər verir ki, təbrikdə deyilir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”