Erməni silahlı qüvvələri atəşkəsi 25 DƏFƏ POZDU
    • 27-05-2020, 09:30
    • 585

Erməni silahlı qüvvələri atəşkəsi 25 DƏFƏ POZDU

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

News24.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.