Prezident məktəb tikintisi ilə bağlı SƏRƏNCAM İMZALADI
    • 4-06-2020, 15:09
    • 778

Prezident məktəb tikintisi ilə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

News24.az-ın məlumatına görə, sərəncamla Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.