“Arsenal”-ın erməni oyunçusu Bakıya gəlib-gəlməyəcəyi barədə qərarını verdi
    • 2-10-2018, 11:50
    • 1 261

“Arsenal”-ın erməni oyunçusu Bakıya gəlib-gəlməyəcəyi barədə qərarını verdi

İngiltərənin “Arsenal” futbol klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryan “Qarabağ”la oyunu buraxacaq. Oyun oktyabrın 4-də Bakıda keçiriləcək.

Bu barədə qərarı futbolçunun özü qəbul edib. Amma qərar “Arsenal” klubunun rəhbərliyi ilə razılaşdırılıb.

Ermənistan millisinin üzvü öz qərarını “Arsenal” rəhbərliyinə Azərbaycanla davam edən müharibə ilə izah edib.

Qərarla bağlı Mxitaryanın özü açıqlama verməyib. Amma ESPN kanalının əməkdaşı Mattias Karen xəbər verib ki, Mxitaryan Azərbaycana səfərlə bağlı viza almaq üçün müraciət etməyib. Qarşıdakı iki gün ərzində isə bu problemi həll etmək artıq mümkün olmayacaq.

Xatırladaq ki, Mxitaryan “Borussiya Dortmund” klubunda oynadığı vaxtlarda da Bakıdakı oyunu buraxmışdı.
“Arsenal”-ən baş məşqçisi Unay Emeri qərardan təəssüfləndiyini və hələlik bu barədə Mxitaryanla danışmadığını bildirib.

//Bizimyol.info