"WhatsApp" istifadəçilərinə bəd xəbər
    • 2-10-2018, 15:35
    • 1 548

"WhatsApp" istifadəçilərinə bəd xəbər

“Facebook” “WhatsApp” vasitəsilə sərvətini artırmağa çalışır.
 “Facebook” bunu reklam vasitəsilə həyata keçirməyi planlaşdırır.
“WhatsApp”ın yeni sahibi olan “Facebook” 2019-cu ildə “WhatsApp”da IOS istifadəçiləri üçün reklam göstərməyə başlayacaq. Mesajların şifrələndiyi və şəxsilik prinsipinin qorunduğu sosial şəbəkədə reklamların insanlara necə təqdim ediləcəyi sirr olaraq saxlanılıb.
Bunu həyata keçirmək üçün “Facebook”un önündə iki yol var: Ya məxfilik prinsipi aradan qaldırılaraq şəxslərin rəqəmsal şəxsiyyətləri yaradılacaq, ya da istifadəçilərin “WhatsApp” hesabları “Facebook” hesabları ilə uyğunlaşdırılacaq.
“Facebook”un bu qərarı böyük narazılıqlara səbəb olub. Qərarın həyata keçiriləcəyi təqdirdə “Facebook” hesabı olmayanların nə edəcəyi bəlli deyil.