"Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir"- MÜDAFİƏ NAZİRLİYİ - VİDEO

"Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir"- MÜDAFİƏ NAZİRLİYİ - VİDEO
SİYASƏT

13 iyul 2020, 09:12

Mətn ölçüsü

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Müdafiə Nazirliyindən News24.az-a ya verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

YouTube