İcra başçısının müavini işdən çıxarıldı (FOTO)

İcra başçısının müavini işdən çıxarıldı (FOTO)
SİYASƏT

05 oktyabr 2018, 10:55

Mətn ölçüsü

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini işdən çıxarılıb.

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev birinci müavini olan Paşayev Qüdrət Məhəmməd oğlunun vəzifəsindən uzaqlaşdırılması barədə əmr imzalayıb. 

Nəzərinizə çatdıraq ki, hələlik Qüdrət Paşayevin yerinə təyinat yoxdur. 

Məlumatı Gədəbəy Rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər. 

Qeyd edək ki, işdən çıxarılan Qüdrət Paşayev həmçinin rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.


//Unikal.org