Aliment nədir, necə ödənilir, valideynlərə də aliment düşürmü? -VİDEO
    • 6-10-2018, 18:00
    • 2 618

Aliment nədir, necə ödənilir, valideynlərə də aliment düşürmü? -VİDEO

Vəkil Emin İsayev Sənin hüququn verlişində aliment barəsində sualları cavablandırır.
Aliment uşaqların saxlanılması yollarından biridir və valideyinlər onun haqqında razılığa gələ bilərlər.
Əgər valideyinlər razılığa gələ bilmirsə aliment məhkəmə qaydasında müəyyən edilir. Qanunvericiliyə əsasən əgər ailədə bir uşaq varsa ona görə aliment ödənilməsi tərəfin gəlirlərinə görə ödənilir.
Uşağa görə alimentin məbləği aliment ödəməli şəxsin özünün aliment ödəmək vəzifəsinə olan münasibətindən asılıdır: Əgər şəxs alimenti könüllü ödəmək istəyirsə, bu zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq aliment ödənilməsi barədə Saziş imzalaya və həmin Sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər. Bu zaman yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Bu halda alimentin məbləği aliment ödəməli şəxsin gəlirinin olub olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və başqa gəlirlərin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən valideynlərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəmdirsə, qazancı xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, aliment tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Praktikada bu məbləğ ən azı, adətən, hər il üçün qanunla təsdiq edilən uşaqlar üçün yaşayış minimumu miqdarında müəyyən olunur ki, 2014-cü il üzrə bu məbləğ 103 manatdır.