Gürcüstanın müdafiə naziri Azərbaycan səfirini qəbul edib

Gürcüstanın müdafiə naziri Azərbaycan səfirini qəbul edib
SİYASƏT

31 avqust 2020, 14:03

Mətn ölçüsü

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla vida görüşü keçirib.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Nazir azərbaycanlı diplomata iki ölkə arasında dostluq əlaqələrinin gücləndirilməsi və inkişafındakı xidmətlərinə görə təşəkkür edib.

Görüşdə Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu tərəfdaşlıq bölgədə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Tərəflər müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarına toxunublar, hərbi təhsil və təlim sahələrindəki əlaqələrin önəmliyini vurğulayıblar.

Sonda İ.Qaribaşvili D.Həsənova gələcək fəaliyyətlərində uğurlar arzulayıb.