Rusiyanın informasiya agentliyi Ermənistana yeni silahlar göndərdiyini təsdiqlədi

Rusiyanın informasiya agentliyi Ermənistana yeni silahlar göndərdiyini təsdiqlədi
SİYASƏT

04 sentyabr 2020, 14:45

Mətn ölçüsü

Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən "Regnum” informasiya agentliyi 4 sentyabr tarixli “Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənstana yeni silahlar göndərildiyini təsdiq edib.

News24.az xəbər verir ki, ənənəsinə uyğun olaraq Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və nizamasalınması ilə əlaqədar real faktları ən kobud şəkildə təhrif etməkdən çəkinməyən agentlik 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı sayəsində başlayan döyüşlərin həqiqi səbəblərini tamamilə yanlış və açıq qərəzli şəkildə təqdim etməyi də unutmamışdır.  Diqqətiçəkən məqam ondan ibarətdir ki, sözügedən agentlik iyul döyüşlərindən sonrakı vəziyyəti “Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası” kimi qiymətləndirməklə, əslində iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığını təsdiq etmişdir.