Səfir: “Azərbaycan-Türkiyə qardaşlığı pozulmazdır”

Səfir: “Azərbaycan-Türkiyə qardaşlığı pozulmazdır”
SİYASƏT

15 sentyabr 2020, 14:30

Mətn ölçüsü

“102 il əvvəl Bakının Azərbaycan ordusu ilə birgə türk əsgərləri tərəfindən azad edilməsi Azərbaycan və Türkiyəyə qarşı planlaşdırılmış məkrli oyunlara son verdi. Şəhidlərimiz Azərbaycan-Türkiyə qardaşlığının pozulmaz olduğunu sübut etdilər”.

News24.az
xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci ildə Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad edilməsində iştirak edən türk əsgərlərinin xatirəsinin illik anım mərasimində deyib.

“Biz - Türkiyə və Azərbaycan müstəqilliyimizi Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinə borcluyuq. Onların qəhrəmanlıqları sayəsində iki müstəqil ölkədə yaşayırıq. Bu gün və bundan sonra da “Bir millət, iki dövlət” devizi altında irəliləməyə hazırıq”, - diplomat bildirib.