Prezidentdən yeni seçilən Baş Nazirə TƏBRİK

Prezidentdən yeni seçilən Baş Nazirə TƏBRİK
SİYASƏT

17 sentyabr 2020, 12:32

Mətn ölçüsü

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Yoşihide Suqaya məktub ünvanlayıb. 

News24.az xəbər verir ki, məktubda deyilir:

“Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.