Azərbaycanlı politoloqdan SENSASİON TƏKLİF: Terroristləri Dağlıq Qarabağa yığan ermənilərə BU ÜSULLA...

Azərbaycanlı politoloqdan SENSASİON TƏKLİF: Terroristləri Dağlıq Qarabağa yığan ermənilərə BU ÜSULLA...
SİYASƏT

24 sentyabr 2020, 18:30

Mətn ölçüsü

“Türkdilli legionu formalaşdırmaq olar”.

News24.az xəbər verir ki, bunu politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Ermənistan müxtəlif ölkələrin terrorçularını, o cümlədən ASALA və PKK-ya bağlı erməni batalyonları Dağlıq Qarabağa toplayır: “Son məlumatlara görə, terrorçu YPG-nin nəzarətində olan və təxmini sayı 750 nəfərdən ibarət olan “Nübar Ozanyan” erməni əsilli suriyalılar artıq Dağlıq Qarabağda yerləşiblər. Belə olan halda bizə nə mane olur ki, türk legionu formalaşdırmayaq? 

Ordumuzla paralel türkdilli, o cümlədən dost dövlətlərdən Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan toplamaq olar. Qərb dövlətlərində də bu praktika var. Orduları, legionları və müqavilə əsasında çalışan hərbiləşdirilmiş şirkətlərlə əməkdaşlıqları mövcuddur. 

Legionlarında müqavilə əsasında müxtəlif dövlətlərin vətəndaşları xidmət edir və yüksək maaş müqabilində ən çətin tapşırıqları yerinə yetirirlər. Bunu biz də edə bilərik. Bunun həm də geosiyası əhəmiyyəti var, Azərbaycanın tək olmadığını göstərərik”.

Məhərrəm Əliyev