Haqqdan kənar qüvvə olduqlarını bir daha sübut edən siyasi nankorlar

Haqqdan kənar qüvvə olduqlarını bir daha sübut edən siyasi nankorlar
SİYASƏT

01 oktyabr 2020, 19:02

Mətn ölçüsü

Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi uğrunda müqqədəs mücadilə ilə bağlı xalqımızın bütün qüvvələri, hətta siyasi partiyalar öz birlik mövqelərini nümayiş etdirdikləri halda cəmi iki siyasi qüvvə- Müsavat partiyasi və AXCP bu xəttə qoşulmadılar. Maraqlıdır, niyə? Bu sualın cavabını tapmaq üçün fərqli fikirlər öyrənməyə çalışdıq. 

News24.az
xəbər verir ki, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Səfərovun sözlərinə görə, bir vaxtlar iqtidar olmuş, öz səriştəsiz  fəaliyyəti, diletant idarəçiliyi, yarıtmaz daxili və xarici siyasəti ilə  bu gün yaşanan  işğal  faktının  baş verməsinə zəmin verən  AXCP-Müsavat  cütlüyünün bu proseslərə biganə qalması və hadisələrə heç bir reaksiya verməməsi onlara heç də başucalığı  gətirmir: "Birdəki sentyabrın 29-da Rossiya-1 telekanalında canlı yayında “60 minut” tok şousunda Bakı və Yerevanla canlı bağlantı quran aparıcıların  Qarabağda gedən müharibə ilə bağlı suallarına dəqiq, məntiqli, arqument və faktlara söykənən cavabı ilə  bir daha xalqımıza başucalığı  gətirən möhtərəm cənab prezident İlham Əliyevdən sonra bunlar nə deyəcəklər ki! Elə həmin şouda dili pəltək vuran və suallara verdiyi primitiv cavablara görə özünü gülünc vəziyyətə qoyan  N.Paşinyan kimi". 

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun fikrincə, siyasi və diplomatik uğur hərbi uğurun müqəddəm şərtidir. Ali Baş Komandanın rəhbərliyi ilə əzəli yurdumuz Qarabağın  azadlığı uğrunda  müzəffər ordumuzun göstərdiyi rəşadət, düşmənə vurduğu sarsıdıcı zərbələr tezliklə üçrəngli bayrağımızın Şuşada dalğalanacağından xəbər verir. Bizim işimiz haqq işidir. Bütün beynəlxalq qurumlar və dövlətlər Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının  dörd qətnaməsində erməni silahlı qüvvələrinin   Azərbaycanın işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qərar qəbul etmişdir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,  ATƏT və  Avropa Parlamentinin qətnamələrində də  Azərbaycanın haqq işi dəstəklənir.  Ancaq  Ermənistanın siyasi rəhbərliyinin təhrikedici çıxışları  və   müntəzəm olaraq hərbi təxribatlar törətməsi nəticəsində dəfələrlə  danışıqlar prosesi pozulmuşdur. 

F.Rüstəmov təəssüf hissi ilə qeyd edir ki, bir çox hallarda Azərbaycanın haqq işi uğrunda aparılan bu müqqədəs mücadiləyə bizim xalqımızın bütün qüvvələri qoşulduğu halda, hətta siyasi partiyalar bununla bağlı öz mövqelərini nümayiş etdirdikləri halda cəmi iki siyasi qüvvə- Müsavat partiyasi və AXCP bu xəttə qoşulmadılar. Bu da ilk növbədə onların siyasi üzünü və haqqdan kənar qüvvə olduqlarını bir daha ortaya qoydu.