Paşinyan istefasının tarixini bəyan etdi
    • 11-10-2018, 10:35
    • 1 048

Paşinyan istefasının tarixini bəyan etdi

Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 16-dək istefaya gedəcək.

O, France24 telekanalına müsahibəsində bildirib.

“Növbədənkənar seçkilər güman ki, dekabrın 9-10-da keçiriləcək, üstəgəl bir-iki gün. Bunun üçün istefaya oktyabrın 16-dək getməliyəm”, – deyə o vurğulayıb.

Bundan öncə Paşinyan bildirib ki, istefasından sonra parlament iki dəfə baş naziri seçmir, ardınca parlament buraxılır və növbədənkənar seçkilər təyin olunur.