İndoneziyada yenidən güclü zəlzələ oldu
    • 11-10-2018, 12:42
    • 1 780

İndoneziyada yenidən güclü zəlzələ oldu

İndoneziyanın Yava adası sahilində 6 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Sumberanyar şəhərindən 40 kilometr aralıda qeydə adınıb.
Bildirilir ki, zəlzələnin ocağı 10,4 kilomert dərinlikdə yerləşib.
Dağıntı və tələfat haqqında məlumat verilmir.