Paşinyan Qarabağ danışıqlarında formatın dəyişdirilməsi barədə
    • 11-10-2018, 15:52
    • 1 723

Paşinyan Qarabağ danışıqlarında formatın dəyişdirilməsi barədə

Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi məsələsini gündəmə gətirməyib və gətirməyəcək. 
Bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində deyib. 
“Danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrləri formatında davam etməlidir”, - Paşinyan bildirib. 
Baş nazir Azərbaycan prezidenti ilə MDB sammiti çərçivəsində keçirdiyi görüşə diqqət yetirib. Paşinyan qeyd edib ki, Azərbaycan prezidenti ilə nəinki Dağlıq Qarabağ münaqişəsinin həlli variantını, həmçinin sülh yolu ilə həllinə nail olmaq üçün zəruri mühitin yaradılmasını müzakirə edib. 
“Biz təmas xəttində gərginliyi azaltmaq üçün bəzi problemin həlli ilə bağlı razılaşdıq”, - Paşinyan qeyd edib.
//oxu.az