Ərdoğan Azərbaycanı təbrik etdi

Ərdoğan Azərbaycanı təbrik etdi
SİYASƏT / HADİSƏ

18 oktyabr 2020, 18:00

Mətn ölçüsü

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

News24.az xəbər verir ki, Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.

Twitter