Arda Turana həbs cəzası veriləcəkmi?
    • 12-10-2018, 13:00
    • 943

Arda Turana həbs cəzası veriləcəkmi?

Arda Turanın əyləncə məkanında müğənni Berkayın həyat yoldaşı Özlem Ada Şahinə sataşdıqdan sonra dava çıxıb . Cinayətin araşdırılması  Ö.Ada Şahinin şikayət etməsinə bağlıdır. 

Vəkil Alper Sarıca bildirib ki, müğənni Berkayın burnunu sındırması ilə bağlı, Arda Turan 5 ildən 15 il 6 aya qədər həbs cəzası ala bilər. 

News24.az xəbər verir ki, vəkil hadisə ilə bağlı araşdırmaların davam etdiyini və əgər deyilənlər doğru olarsa, Arda Turan həbsxanaya girə bilər deyib. 

Əgər onun vurduğu zərbə nəticəsində Berkayın hansısa siniri zədələniib zəifləyərsə və yaxudda üzündə iz qalarsa veriləcək cəza bir dəfə artırılacağı qanunda yazılıb.

Həmçinin Arda Turanın silahla xəstəxanada atəş açması iddiası doğru olarsa, ictimai təhlükəsizliyi pozmaq cinayəti ilə 6 aydan 3 ilə qədər həbs cəzası tələb oluna bilər.

Futbolçunun hadisədə istifadə etdiyi iddia edilən silahın qanunsuz olduğu ortaya çıxarsa, 6136 saylı Qanunun 13-ci maddəsinə əsasən barəsində 1 ildən 3 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılacaq.