Azərbaycan İzmirdə baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib

Azərbaycan İzmirdə baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib
SİYASƏT

30 oktyabr 2020, 17:37

Mətn ölçüsü

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İzmirdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna zəng edib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazir K.Heydərov Azərbaycanın dost və qardaş Türkiyəyə İzmirdə baş vermiş təbii fəlakətlə əlaqədar hərtərəfli kömək etməyə hazır olduğunu Türkiyə XİN başçısının diqqətinə çatdırıb.