Oqtay Əsədov deputatlara xəbərdarlıq edib: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”

Oqtay Əsədov deputatlara xəbərdarlıq edib: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”
SİYASƏT

16 oktyabr 2018, 14:35

Mətn ölçüsü

Milli Məclisin sədri Oqtay Əsədovparlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb.

Belə ki, səsvermədə 79 deputat iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.

//report