Əziz Qaralov: "Bibiheybətdəki hadisə sürüşmə deyil"
    • 17-10-2018, 11:44
    • 926

Əziz Qaralov: "Bibiheybətdəki hadisə sürüşmə deyil"

Bibiheybət məscidinin yaxınlığında baş verən hadisə sürüşmə deyil.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçub:

“Əraziyə baxış keçirdim. Bibiheybətdən yuxarı hissəyə gedən yolda divar yerləşir. Həmin divarın üzlük daşı 3-4 metr uzunluqda qoparaq yola tökülüb. Başqa bir proses yoxdur”.

Əziz Qaralov qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır.

//oxu.az