Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib
    • 19-10-2018, 11:11
    • 2 224

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə BŞBPİ-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.
E.Hacıyev bu təyinata qədər BŞBPİ Mətbuat xidmətinin əməkdaşı olub.
//report