Mübariz Mənsimovla bağlı ƏN SON MƏLUMAT

Mübariz Mənsimovla bağlı ƏN SON MƏLUMAT
SİYASƏT

13 yanvar 2021, 16:31

Mətn ölçüsü

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov bu gün yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı vaxtı ilə saat 11:00-da başlayan Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxır.

Bu barədə News24.az-a məlumat verən “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib ki, məhkəmənin birinci hissəsi bitib:

"Hələ ki bir nəticə yoxdur. Məhkəmənin birinci hissəsi bitdiyinə görə ara verilib. Təkrar məhkəmə zalına girəcəyik".

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.